AİB ASİYA VƏ SAKİT OKEANI REGİONU ÜZRƏ MÜHÜM STATISTIK HESABATINI AÇIQLAYIR

0
32
News Release | 8 September 2017

MANILA, FİLİPPİN (8 sentyabr 2017) — Asiya İnkişaf Bankı (AİB) 2017-ci ilin “Asiya və Sakit Okeanı Regionu üzrə Əsas Göstəricilər”ini açıqlamışdır. 2017-ci ilin “Əsas Göstəricilər”i   AİB-in regionda 48 üzv ölkəsi üzrə iqtisadi, maliyyə, sosial və ətraf mühitlə bağlı ən son, mövcud statistikalarını təmin edir.  

“2017-ci ilin “Əsas Göstəricilər”i AİB-ə üzv ölkələr, tədqiqatçılar, mətubat və vətəndaşlar üçün regionun inkişaf tərəqqisinin monitorinqi məqsədilə faydalı alət olacaq”  – AİB-in baş iqtisadçısı Yasuyuki Sauada belə deyib. “Məlumatlar inkişaf məqsədlərinə nail olmaq məqsədilə qərar qəbuledici şəxslər üçün siyasətin prioritetləşdirilməsində vacib rol oynayır və hesabat inkişafla bağlı müxtəlif mövzularda müqayisəli statistikaları bir araya gətirir.” 

Bu ilin hesabatında əsas əlavələrdən biri AİB-in tədqiqatçılarının 3 pilot sorğu vasitəsilə həyata keçirdikləri cinsə görə ayrılan məlumatların təhlilidir. İnkişaf məqsədlərinə nail olma və qadınların akitvlərə sahib olması arasında əlaqənin olması ilə bağlı mühüm faktların mövcud olmasına baxmayaraq, 2030-cu ilin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə tərəqqinin monitorinqi üçün tələb olunan cinsə görə ayrılan belə məlumatlar məhdud saydadır. Pilot sorğular fərdi səviyyədə aktivlərə sahiblik üzrə zəngin məlumatları meydana çıxarmışdır və bu mövzuda gələcəkdə statistik təhlil üçün dəyərli dərsləri təmin edir.         

Bu ilin hesabatındakı digər mövzulara aşağıdakılar daxildir:

  • Asiya və Sakit Okeanı Regionunda DİM göstəriciləri: hesabatda beş mövzu – insanlar, planet, rifah, sülh və tərəfdaşlıq çərçivəsində irəliləyişlər qiymətləndirilir.
  • 8 mövzu – insanlar; iqtisadiyyat və istehsal; pul, maliyyə və qiymətlər; qloballaşma; nəqliyyat və rabitə; enerji və elektrik enerjisi; ətraf mühit; hökumət və idarəçilik üzrə regional tendensiya və cədvəllər, o cümlədən göstəricilər.  
  • Qlobal Dəyər Zənciri statistikaları üzrə yenilənmiş cədvəl və məlumatlar ilk dəfə 2015-ci ilin “Əsas Göstəricilər”ində təqdim olunmuşdur.
  • AİB-in regionda 48 üzv ölkəsinin ayrıca ölkə üzrə yenilənmiş cədvəlləri onlayn mövcuddur.

Bu açıqlama ilə AİB-in onlayn statistik məlumatlar bazası da yenilənmişdir. www.adb.org internet səhifəsini ziyarət edin və ya buraya daxil olmaqla “Asiya və Sakit Okeanı Regionu üzrə Əsas Göstəricilər”ə birbaşa çıxış əldə edin. 

AİB-in baş qərargahı Manilada yerləşir və təşkilat öz fəaliyyətini Asiya və Sakit Okeanı Regionunda inkluziv iqtisadi artım, ətraf mühit üzrə davamlı artım və regional inteqrasiya vasitəsilə yoxsulluğun azaldılmasına həsr edir. 1966-cı ildə əsası qoyulmaqla, AİB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. Təşkilata 67 ölkə üzvdür, bunlardan 48-i regiondandır.  2016-cı ildə 14 milyard dollar birgə maliyyələşdirmə ilə birgə AİB-in yardımı 31,7 milyard dollar təşkil etmişdir.

LEAVE A REPLY