AİB ASİYANIN İNKİŞAFI ÜÇÜN TƏKMİLLƏŞDİRİLMİŞ İNKİŞAF PERSPEKTİVLƏRİ GÖRÜR

0
64

MANİLA, FİLİPPİN (20 iyul 2017-ci il)- Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən 2017-ci il üzrə inkişaf etməkdə olan Asiya üçün iqtisadi inkişaf perspektivləri bu ilin birinci rübündə proqnozlaşdırıldığından daha çox yüksək olmuşdur.

Asiya İnkişaf Proqnozu 2017 hesabatına əlavə olaraq, AİB regionda inkişaf proqnozunu 2017-ci ildə 5.7%-dən 5.9%-dək və 2018-ci ildə 5.7%-dən 5.8%-dək yüksəltmişdir. 2018-ci ildə kiçik artım ixrac axınının dayanıqlığına ehtiyatlı fikir əks etdirir.

“İnkişaf etməkdə olan Asiya təkmilləşmiş ixracın 2017-ci ilin qalan müddəti ərzində inkişaf perspektivlərini irəli çəkərək bu il yeni başlanğıc etmişdir”, deyə AİB-in baş iqtisadçısı Yasuyuki Savada bildirmişdir. “Qlobal bərpa prosesini əhatə edən qeyri-müəyyənliklərə baxmayaraq, regionda mövcud iqtisadiyyatların inkişaf üzrə potensial şoklar ilə üzləşmələri üçün yaxşı imkanlara malik olduqlarını düşünürük”.

Əsas sənaye iqtisadiyyatları üçün birgə inkişafın 2017 və 2018-ci illər üzrə 1.9%-də dayanacağı proqnozlaşdırılır. Davamlı daxili tələbat nəticəsində avro zona və Yaponiyada təkmilləşdirilmiş proqnozlar, ABŞ-da 2017-ci ilin birinci rübü üzrə məyusedici nəticələr səbəbindən öncədən proqnozlaşdırılmış 2.4% artım əvəzinə 2.2%-ə düşən inkişaf tempini cüzi şəkildə kompensasiya etmişlər.

Alt-region olaraq, Şərqi Asiya üçün inkişaf ilkin proqnoz 5.8% və 5.6%-dən müvafiq olaraq 2017-ci ildə 6.0% və 2018-ci ildə 5.7%-ə dəyişdirilmişdir. İnkişaf tempinin son zamanlarda aşağı düşməsindən sonra xalis ixrac və yerli istehlak üzrə artım Çin Xalq Respublikasında(ÇXR) inkişaf perspektivlərini təkmilləşdirmişdir. Dünyanın ikinci ən böyük iqtisadiyyatının 2017-ci ildə 6.7% və 2018-ci ildə 6.4%-dək inkişaf edəcəyi gözlənilir.

Hesabata əsasən, Asiya və Sakit okean regionunun bütün alt-regionları arasında Cənubi Asiya 2017-ci ildə 7.0% və 2018-ci ildə 7.2%-ə çatmaq məqsədilə ilkin proqnozları yerinə yetirmək üçün ən sürətli inkişaf edən region olaraq qalacaq. Alt-regionun ən geniş iqtisadiyyatı olan Hindistanın – əsasən yüksək istehlak nəticəsində 2017-ci il üzrə 7.4% və 2018-ci ildə 7.6% ilkin inkişaf proqnozlarını yerinə yetirəcəyi gözlənilir.

Malayziya, Filippin və Sinqapur üçün sürəti artıraraq Cənub-şərqi Asiya üçün inkişaf proqnozlarının 2017-ci ildə 4.8% və 2018-ci ildə 5.0% olacağı gözlənilir, lakin bu inkişaf trendi Bruney Dar-üs-Səlamda gözləniləndən daha çox zəif inkişaf tempi səbəbindən zəifləyir. Möhkəm yerli tələbat- xüsusilə özəl istehlak və sərmayə – alt regionda inkişafı dəstəkləməyə davam edəcək – deyə hesabatda bildirilir.

Bu il Mərkəzi Asiya üçün inkişaf proqnozu bəzi ölkələrdə yüksək yerli tələbat və ixracların alt regionda gözlənilməz bərpa prosesini təşviq etməsi səbəbindən təkmilləşmişdir. 2017 və 2018-ci il üçün ilkin proqnozlar, müvafiq olaraq 3.1% və 3.5% inkişaf proqnozlarının 2017-ci ildə 3.2% və 2018-ci ildə 3.8%-ə çatacağı gözlənilir.

Sakit okean regionu ölkələrində inkişafın alt-regionun ən geniş iqtisadiyyatına malik Papua Yeni Qvineya ilə birgə 2017-ci ildə 2.9% və 2018-ci ildə 3.3%-də dayanacağı gözlənilir. Güclü turizm perspektivlərinin, həmçinin, alt-regionda, xüsusilə Fici və Palauda inkişafı daha da irəli çəkəcəyi gözlənilir.

Bu arada, regionda istehlak qiymətləri inflyasiyasının təchizat və əlverişli hava şəraiti üçün artan tələbata baxmayaraq, davamlı beynəlxalq neft və ərzaq qiymətləri səbəbindən ilkin qiymətləndirmədən aşağı olacağı proqnozlaşdırılır. Qiymət inflyasiyasının ilkin proqnoz, 2017-ci il üzrə 3.0% və 2018-ci il üzrə 3.2%-dən müvafiq olaraq 2.6% və 2018-ci ildə 3.0%-ə düşəcəyi gözlənilir.

Manilada yerləşən AİB daxili iqtisadi artım, ətraf mühitin dayanıqlı inkişafı və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına yönəlmişdir. 1966-cı ildə təsis edilərək AİB region üzrə əməkdaşlığın inkişafının 50 illiyini qeyd edir. Bu 48-i regiondan olmaqla 67 üzvə məxsusdur. 2016-cı ildə AİB yardımı 14 milyard ABŞ dolları birgə maliyyələşdirmə daxil olmaqla, ümumilikdə 31.7 milyard ABŞ dollarına çatmışdır.

LEAVE A REPLY